Yenilənmiş nüvə doktrinasına əsasən, Rusiyanın nüvə çətiri KTMT ölkələrini də əhatə edir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
O, xatırladıb ki, köhnə doktrina müttəfiqlər üçün də bu çətiri nəzərdə tuturdu.
“Yeni doktrinaya gəlincə, təbii ki, söhbət ilk növbədə KTMT ölkələrindən gedir. Ayrı bir əlavə var, bu, Belarusa aiddir”, - deyə, Şoyqu bildirib.
Xatırladaq ki, noyabrın 19-da Rusiya lideri Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.