Finlandiyanın “Summa Defence” müdafiə şirkətində 2025-ci ilin birinci yarısından etbarən Ukraynaya çatdırılmaq üçün pilotsuz təyyarələrin istehsalına başlanılacaq.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda şirkət məlumat yayıb.
“Summa Defence” ukraynalı tərəfdaşları ilə birlikdə Finlandiyada dron istehsalı zavodu yaradır. Genişmiqyaslı istehsal 2025-ci ilin birinci yarısında başlayacaq”, - deyə, məlumatda qeyd edilir.
“Summa Drones”un törəmə şirkəti Finlandiyada Ukraynanın Kort, Elf Systems, Skyassist və MPS Development şirkətləri ilə birgə müəssisə yaradacaq.