Rusiya Dövlət Duması uşaqlara qaz tərkibli məhsulların satışını qadağan edən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsi yetkinlik yaşına çatmayanlara qaz tərkibli məhsulların satışına görə fiziki şəxslər üçün 60 min rubldan, hüquqi şəxslər üçün 600 min rubla qədər inzibati məsuliyyətin tətbiqini nəzərdə tutur.