Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “DeGolyer and MacNaughton” şirkəti ilə geotermal enerji, karbonun tutulması və saxlanılması (CCUS) istiqamətləri üzrə görülən işləri nəzərdən keçirib
"İki sahil" şirkətə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf və “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşdə müzakirələr aparılıb.
Görüşdə SOCAR ilə “DeGolyer and MacNaughton” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Tərəflər həmçinin yataqların işlənmə planının optimallaşdırılması, ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərin hazırlanması üzrə görülən işləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO