26 noyabr 2024 15:59
90

Rusiyada Britaniya səfirliyinin əməkdaşı casusluqda günahlandırılır, İKİ HƏFTƏ VAXT VERİLDİ

Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Edvard Prior akkreditasiyadan məhrum edilib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti onu “Rusiyanın təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat işində” ittiham edib.

Kəşfiyyat xidmətinin məlumatına görə, diplomat ölkəyə daxil olmaq üçün icazə alarkən qəsdən yalan məlumat verib. Xarici İşlər Nazirliyi ona iki həftə ərzində Rusiyanı tərk etməyi əmr edib.