26 noyabr 2024 14:54
78

Türkiyə ABŞ-ın qarşısında TƏLƏB QOYUB

Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə Qazprombank vasitəsilə qaz alışı üçün ABŞ-dan istisna tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“İrana qarşı sanksiyalar tətbiq olunanda təbii qaz alışına istisnalar qoyuldu. Biz ABŞ-dan da oxşar addımlar gözləyirik”, - deyə o, bildirib.

Onun sözlərinə görə, amerikalılar istisnalar verməsələr, o zaman sanksiyalar Rusiyaya deyil, Türkiyəyə zərər verəcək.

O əlavə edib ki, Türkiyə Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı danışıqlar aparır.