Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Beqlovla görüşüb.
Səfirlikdən “İki sahil”ə verilən məlumata görə, söhbət zamanı iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycanın və Sankt-Peterburqun gənclər təşkilatları, musiqi və yaradıcılıq kollektivləri arasında dialoqun və qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.
İki ölkə prezidentinin - İlham Əliyev və Vladimir Putinin Sankt-Peterburq Dövlət Universitetinin bazasında Azərbaycan-Rusiya universitetinin yaradılması haqqında verdiyi tapşırıqların icrasının gedişi, həmçinin görkəmli bəstəkarlar Üzeyir Hacıbəyov və Dmitri Şostakoviçin abidələrinin müvafiq olaraq Sankt-Peterburq və Bakıda qoyulması məsələsi ətraflı müzakirə edilib.
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi beş istiqamətdə fəaliyyət göstərəcək
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib