Azərbaycanın Brüsseldəki səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika Kralı Filipə təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfir özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
Səfir bildirib ki, kralla görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
"Etimadnaməmi Belçika Kralı Əlahəzrət Filipə təqdim etmək şərəfinə nail oldum. Müzakirələrimiz Azərbaycan-Belçika münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional proseslər ətrafında cəmləşdi", - M. Əhmədzadə yazıb.
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının rəsmiləri ilə görüşüb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB-2