17 noyabr 2024 18:25
182

Türkiyənin hava hərəkəti milli “İRADE” ilə idarə olunacaq

Türk mühəndislər tərəfindən hazırlanmış ilk yerli və milli hava trafikinin monitorinqi proqramı olan İnteraktiv Radar Analizi və Məlumat Ekranı (İRADE) Çukurova və İstanbul Atatürk hava limanlarında istifadə edilməyə başlandı.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Dövlət Hava Limanları İdarəsi (DHMİ) Baş İdarəsi tərəfindən hazırlanmış “İRADE” hava trafikinin monitorinqi proqramı ilə bağlı bildirib: “İRADE” proqram təminatından istifadə etməyə başlayaraq aviasiya sahəsində yeni bir dövrə başladığımız üçün xoşbəxtik. Aviasiya sahəsində, İstanbul Atatürk və Çukurova hava limanlarımızda tətbiq etdiyimiz ilk yerli və milli hava trafikini izləmə proqramımız sayəsində bu sahədə xarici asılılıqdan qurtularaq, gələcək yerli texnologiya məhsullarına yol açdıq".

A.Uraloğlu “İRADE” proqramının aviasiya sahəsində beynəlxalq standartlara uyğun, təhlükəsiz və tamamilə türk mühəndisləri tərəfindən hazırlanmış yüksək texnologiyalı məhsul olduğunu bildirib.

Nazirin sözlərinə görə, proqram təminatının DHMİ-də çalışan personalın texniki bilik, təcrübə və biliyindən istifadə edilərək hazırlanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”