09 noyabr 2024 23:59
339

Şuşanın azad edilməsi Zəfərin rəmzi oldu

Azərbaycan təbiətinin nadir gözəlliklərini, xalqımızın maddi və mədəni irsini, qədim adət-ənənələrini özündə əks etdirən füsunkar diyardır , dilbər guşəsidir Qarabağ! Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri, qonaqpərvər insanları və zəngin mədəniyyəti var. 2020-ci ildə 44-günlük müharibə nəticəsində 30 ilə yaxın davam edən işğal zülmündən şanlı Azərbaycan ordusu tərəfindən azad olmuş Qarabağ bu gün yenə də əvvəlki əzəmətini bərpa etdirir. Şuşa isə Qarabağın tacıdır. Təmiz havası, uca dağları, şəfalı suyu, əsrarəngiz təbiəti dillər əzbəridir.

Bu bizim şanlı qələbəmiz,tarixi zəfərimizdir. Bu qələbə xalqımızın canı və qanı bahasına əldə olunmuş qələbədir. Bu parlaq qələbə Şuşanın işğaldan azad olduğu tarixdir. Şuşa Qarabağın tacı,mədəniyyət beşiyidir.Şuşa tarixi şəxsiyyətləri yetirib, boya-başa çatdıran diyardır.
28 il yarım əsarətdə olan Şuşa azad olundu. Şuşa coğrafi- mövqeyi, mədəniyyəti, tarixi ilə Azərbaycan tarixində böyük iz salan diyardır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.
Noyabrın 8-də Azərbaycan tarixində çox böyük dəyişim oldu. Azərbaycanda “Qarabağın döyünən ürəyi”, “Musiqi və incəsənət beşiyi” və xalqımızın bəhs etdiyi kimi “Sən tarixin özüsən,Azərbaycanın gözüsən” deyə bəhs etdiyimiz Şuşa şəhərinin işğaldan azad olunması çox böyük həvəslə və səbrlə gözlənilirdi.
Çoxlarına görə bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 40 gündən çoxdur ki, davam edən döyüşlərdə həlledici üstünlük verəcək. Bu Azərbaycanın 30 il müddətində işğaldan azad etdiyi müharibədə qələbəsi deməkdir.
Şuşanın azad olunması Azərbaycanın mənəvi qələbəsidir. Bu qələbə cəbhədə olan və olmayan azərbaycanlıların qələbəsi deməkdir. Şuşa 1992-ci ildə işğal edilib. O vaxtdan bəri bu işğal ermənilər üçün “böyük qələbə”, Azərbaycanlılar üçün “ən ağır itki” sayılıb. Şuşanın işğaldan azda olunduğu 28 il ərzində, qədim şəhərimizin itirildiyi may ayının 8-də heç kim şadlıq etməzdi, təntənəli tədbirlər təşkil edilməzdi, toylar keçirilməzdi. Şuşanın işğalının Azərbaycan xalqı üçün nə qədər böyük itki olduğunu bundan daha təsirli şəkildə heç nə ifadə edə bilməz. Şuşanın azad edilməsinin milli bayram kimi qeyd olunmağa tam haqqı çatır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin azad olunduğunun elan etməsi 28 il yarımdır həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadır. Azərbaycan torpaqları 30 ilə yaxın bir müddətdə işğal altında qalıb, danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq vaxt qazanmağa, status–kvonu möhkəmləndirməyə çalışıb. Həmçinin bu illər ərzində müxtəlif güc mərkəzlərindən göndərilən siqnalllar Azərbaycanı vəziyyətlə barışmağa məcbur edib. Lakin xalqımızın qətiyyət, cəsarət, siyasi iradə göstərərək, öz maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədiyini vurğulanıb. Torpaqlarımızım ərazi bütövlüyünün qorunması xalqımızın əsas məqsəd və amalına çevrilmişdi.
   Bəli, illər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur və Azərbaycan xalqı təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışınının azad vedilməsi uğrunda canından–qanından keçən rəşadətli əsgər və zabitlərimizdir. Dağlıq Qarabağ bir ədalət məsələsidir. Bu bir xalqın taleyi,itirilmiş keçmişinin bərpası deməkdir. İllər ərzində cənab Prezidentimiz, Dövlət Başçımız qətiyyətli siyasət yürüdüb, ölkəmizin mənafeyini hər zaman müdafiə edib. Həmrəylik, xalqın etimadı, inamı, dəstəyi sayəsində Dövlətimizin Başçısı bütün təzyiqlərə qarşı gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla gəldi. Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycan xalqı özünü qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiq etdi. Vətənimizi müdafiə edən və tarixi dədə- baba torpaqlarımızı işğaladan azad edən ərənlərimizin hər biri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar.
“Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən ulu öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev reallaşdırdı. Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdacaq. İşğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi.

Bu tarixi gündə Azərbaycan xalqına bu müjdəni vermək Cənab prezident İlham Əliyev üçün çox önəmli bir an idi.  Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu çıxış tarixlərə yazıldı. Bu çıxış xalqımızı qürurlandırdı, yenilədi, bütövləşdirdi.

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Kəmalə Ağalarova,
Heydər Əliyev adına liseyin Tarix müəllimi