07 noyabr 2024 16:29
884

Əli Kərimli Trampda ümid axtarışında

Donald Trampın Amerika prezidenti seçilməsi rakidal müxalifət düşərgəsinin heç də ürəyincə olmayıb. Bunu özlərinin “Trampa ümid” axtarşlı statusları təsdiq edir. Pəjmürdə olanlardan biri Gültəkin Hacıbəyli, digəri isə Əli Kərimlidir. Əslində bunlar Baydenin namizədi Kamalanın prezident olmasını istəyirdilər. Seçkilərdən öncə bütün dünya mediasının, politoloqların, sorğu agentliklərinin Trampın şansının yüksək olduğunu qeyd etdikləri dövrdə bunların susqunluğu bu versiyanı təsdiqləyir. Olan olub, Tramp seçilib. Özlərini siyasətçi adlandıran Gültəkin Hacıbəyli və Əli Kərimli indi öz aləmlərində məsələyə münasibət bildiriblər. Adamlar Trampda ümid axtarışına başlayıblar. Statuslarından süzülən məyusluq bir yana, bir daha təsdiqləyirlər ki, bunlar üçün milli maraq deyə bir anlayış yoxdur. Gözləntiləri var ki, bunlara komanda verib, qrant yollayan olsun, Kamala olmasa da olar. 

AXCP adlı dərnəyin rəhbəri Əli Kərimlinin Trampda tapdığı ümidlərin nə qədər gülməli olduğuna diqqət edin. Əli Kərimli deyir ki, bəs, müxalifət ən böyük mitinqini məhz Trampın əvvəlki prezidentliyi dövründə keçirib. Gülməli arqument deyilmi? Həmçinin bu arqument özünü illərin siyasətçisi adlandıran Əli Kərimlinin cılızlığından xəbər vermirmi? Okeanın bu tayında mitinq keçirməyin Trampla nə əlaqəsi?!

Daha sonra Əli Kərimli deyir ki, Ermənistanda Sarkasiyan-Koçaryan birliyini də məhz Trampın prezidentliyi dövründə devirib Paşinyan hakimiyyətə gəlib. Daha bir gülməli arqument deyilmi? Yaxşı bir ifadə var – sevginin gözü kordur. Burada yenə də Paşinyan sevgisi Əli Kərimliyə güc gəlib. Əli Kərimlinin Paşinyan sevdalı olması çoxdan hər kəsə bəllidir.

Əli Kərimli 10-15 cümləlik statusunda “Tramp prezident olduğu illərdə ABŞ azad dünyanın lideri idi”, cümləsi ilə dünənə qədər bir növ tərəfində olub bəyəndikləri Baydenə də qarşı çıxıb. Bir sözlə, statusunda Əli Kərimli nə istədiyini, daha doğrusu nə demək istədiyini özü də bilmir. Təzadlar, ziddiyyətli fikirlər qarışıb bir-birinə! Görünür bir qrant kanalı bağlanıb, digərinin açılmasından isə səs-soraq yoxdur.

Anar Şahmurad,

İctimai-siyasi fəal