Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana baş sağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşılıb. "Bu gün Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - paylaşımda deyilir.
Kamran Bayramov: Qəbələ görüşü: Yüksək səviyyəli dialoqun və qarşılıqlı etimadın növbəti təzahürü
Azərbaycan Prezidenti: “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir