Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən 2 FETÖ-çü Türkiyənin sərhəd qoşunları tərəfindən saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
"Sərhədlərdə terrorla mübarizəmiz davam edir. Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 2 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. Tutulan şəxslərin FETÖ terror təşkilatı üzvləri olduğu müəyyən edilib", - deyə MSB-nin sosial şəbəkə səhifəsində qeyd edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”