İsrailin Beyruta hava zərbəsi nəticəsində Banqladeş vətəndaşı ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə Banqladeş Xarici İşlər Nazirliyi məlumat yayıb.
Banqladeşin Livandakı səfiri Caved Tanvir bildirib ki, 31 yaşlı Məhəmməd Nizam noyabrın 2-də Beyrutda dayanacaqda olarkən hava zərbəsi nəticəsində ölüb.
Qeyd edək ki, Livanda 1800-ə yaxın Banqladeş vətəndaşı var.