İsrail hərbçiləri Livanın cənubundakı Xiam bölgəsində “Hizbullah”ın silahlı qanadının iki səhra komandirini məhv edib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, öldürülən Faruk Əminə Alasi Metula şəhəri də daxil olmaqla Qaliley bölgəsindəki İsrailin yaşayış məntəqlərinə edilən bir çox raket hücumlarına görə məsuliyyət daşıyırdı.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələri Xiam bölgəsində “Hizbullah” hərəkatının “Radvan” xüsusi təyinatlı bölməsinin komandiri Yusef Əhmədi də zərərsizləşdirib.