30 oktyabr 2024 23:29
198

Avtomobil şirkətlərinin işçiləri nəyə etiraz edir?

Almaniyada "Volkswagen" və "BMW" avtomobil şirkətlərinin işçiləri xəbərdarlıq tətillərinə başlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Bild" yazır.

Bildirilir ki, tətillərə "IG Metall" həmkarlar ittifaqı çağırış edib və Almaniyanın metallurgiya və elektrotexnika sənayesində ilk etiraz dalğasına start verilib. "Tətillərdə "Volkswagen" və BMW avtomobil istehsalçılarının işçiləri də iştirak edirlər", - məqalədə qeyd olunur.

Osnabrükdə "Volkswagen" zavodunun 250 işçisi tətildə iştirak edir, insanlar BMW zavodları və digər müəssisələr qarşısında da etiraz edirlər. İngolştadtda "Audi" zavodunda da tətil gözlənilir.

İşçilər əməkhaqqının və təcrübəçilərin maaşının artırılmasını tələb edirlər.