14 iyun 2026 14:10
99

Rusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var

Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

“İki sahil” Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"Ötən sutka ərzində Sumı vilayətinin 17 icmasına edilən düşmən hücumları nəticəsində iki nəfər ölüb, daha dörd nəfər isə yaralanıb. Düşmən idarəolunan aviabombalar, dronlar, artilleriya və minaatanlardan istifadə edib", –Ukrayna Milli Polisinin mətbuat xidməti bildirir.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, Rusiyanın Zaporojye vilayətinə hücumları nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb.