14 iyun 2026 14:32
111

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Böyük Britaniyada rezident həkimlər hökumətin təqdim etdiyi yeni təklifdən sonra planlaşdırılan dörd günlük tətili təxirə salıblar.

“İki sahil” “The Independent”ə istinadla xəbər verir ki, tətilin bazar ertəsi günü səhər saat 07:00-da başlaması nəzərdə tutulurdu. Bu, 2023-cü ildən bəri həkimlərin keçirməyi planlaşdırdığı 16-cı tətil aksiyası olacaqdı.

Britaniya Tibb Assosiasiyası bildirib ki, hökumətdən son anda yeni təklif daxil olub. Təklif təşkilat üzvlərinin müzakirəsinə təqdim ediləcək. Qərar Milli Səhiyyə Xidmətində (NHS) gözlənilən növbəti xidmət pozuntularının qarşısını müvəqqəti olaraq alıb. Bildirilib ki, hökumətin yeni təklifi üzvlər tərəfindən qiymətləndiriləcək və növbəti addımlar bundan sonra müəyyənləşdiriləcək.