Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial investisiya layihələri və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin reallaşdırılması imkanları dəyərləndirilib.
“İki sahil” xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovla ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək arasında baş tutan görüşdə aparılıb.
"Azərbaycanın investisiya prioritetləri, ABŞ-ın maliyyə institutları ilə birgə fəaliyyət imkanlarını müzakirə etdik", - M. Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək (@DFC_CEO) ilə görüşməkdən məmnun olduq.#Azərbaycan – #ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial #investisiya layihələrini və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin… pic.twitter.com/mbbf4ra74B
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 13, 2026
Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb
YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib