30 oktyabr 2024 16:35
198

Trampın sosial şəbəkəsi Maskın sosial şəbəkəsini geridə qoydu

Donald Trampın “Truth Social” sosial şəbəkəsi hazırda İlon Maska məxsus X sosial şəbəkəsindən (keçmiş Twitter) daha dəyərlidir.

“İki sahil” xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın keçmiş prezidentinin sosial şəbəkəsini idarə edən Trump Media & Technology Group-un (TMTG) səhmləri 8,8% artıb. Hazırda şirkətin bazar kapitallaşması 10,3 milyard dollar təşkil edir.

X sosial şəbəkəsi 2022-ci ilin oktyabrında Elon Mask tərəfindən satın alınıb ​. O vaxtdan X-in dəyərinin qiymətləndirilməsi sosial şəbəkənin səhmdarlarından biri olan Fidelity investisiya holdinqinin hesablamalarına əsaslanır. Hazırda X-in cəmi 9,4 milyard dollar dəyərində olduğunu təxmin edir ki, bu, İlon Maskın iki il əvvəl Twitter üçün ödədiyi 44 milyard dollardan çox azdır və indi TMTG-nin bazar kapitallaşmasından azdır.

Eyni zamanda, Similarweb-in məlumatına görə, iki sosial şəbəkənin auditoriyası hələ də müqayisə olunmazdır: sentyabrın sonunda X-ə daxil olanların sayı 706 milyon olduğu halda, “Truth Social” üçün isə bu rəqəm 13,5 milyon təşkil edib.