Vladimir Zelenski təsdiqləyib ki, onun “qələbə planı”nın məxfi hissəsində ABŞ-dan “Tomahawk” qanadlı raketlərinin tədarükü ilə bağlı bənd olub.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə ilk məlumat ABŞ mətbuatında yer alıb.
“Bir çox ölkə “qələbə planı”nı dəstəkləməyə başlayanda, indi mediada nə baş verdiyini görürsünüz. Yazdılar ki, Ukrayna çoxlu raketlər istəyir və ya almaq istəyir, məsələn, Tomaqavk və s. Amma bu, Ukrayna ilə Ağ Ev arasında məxfi məlumat idi. Və bu məlumatları necə başa düşmək olar? Bu o deməkdir ki, tərəfdaşlar arasında məxfi heç nə yoxdur”, - deyə Zelenski jurnalistlərə bildirib.
“The New York Times” daha əvvəl yazmışdı ki, Vladimir Zelenskinin “qələbə plan”ının məxfi hissəsində “Tomaqavk” raketlərinin alınması da nəzərdə tutulur.