30 oktyabr 2024 15:02
186

Macarıstanın MOL şirkəti Ukrayna vasitəsilə Rusiyadan 300 min ton neft alıb

Macarıstan və Slovakiya LUKOIL-un Drujba kəməri vasitəsilə nəql problemi həll etdikdən sonra Ukrayna vasitəsilə Rusiya neftinin nəqlini bərpa edir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Macarıstanın MOL şirkəti sentyabrda Macarıstan və Slovakiyadakı emal zavodlarına təxminən 300 min ton neft vurub.

MOL-a daxil olan neftin 90%-i Slovakiyadakı neft emalı zavoduna göndərilib. Qalanı isə Macarıstana çatdırılıb. Ümumilikdə, Rusiya şirkətləri Slovakiya və Macarıstandakı neft emalı zavodlarına sentyabr ayında təxminən 850 min ton neft göndərib.

Ukrayna Rusiya şirkətini sanksiyalar siyahısına əlavə etdikdən sonra Macarıstan və Slovakiya iyul ayından etibarən Drujba neft kəmərinin cənub qolundan neftin qəbulunu dayandırmışdı. Daha sonra Rusiya neft şirkətləri tədarükləri əvəz edə bildilər və oktyabrda Budapeşt LUKOIL neftinin idxalını bərpa etdiyini elan etdi.