30 oktyabr 2024 14:46
170

Spirtli içki satışına VAXT MƏHDUDİYYƏTİ OLACAQ?

Spirtli içkilərin satış vaxtı ilə bağlı məhdudiyyətlərin tətbiqi regional hakimiyyət orqanlarının səlahiyyətindədir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Onun sözlərinə görə, bu, Kremldə müzakirə olunmur. Eyni zamanda, Peskov SSRİ təcrübəsini də xatırladıb.

“Ölkəmizdə bununla bağlı müxtəlif təcrübələr olub, mən Sovet İttifaqını nəzərdə tuturam. Bu təcrübəni təhlil etmək çox asandır”, - deyən Peskov “Kreml məhdudiyyətləri sərxoşluğa qarşı effektiv mübarizə üsulları hesab edirmi sualına” belə cavab verib.

Xatırladaq ki, oktyabr ayında Vologda vilayətinin səlahiyyətliləri alkoqol satışı üçün vaxt intervalını həftə içi iki saat - 12:00-dan 14:00-a qədər məhdudlaşdıran qanun layihəsini ictimai müzakirə üçün təqdim edib. Qubernator Georgi Filimonov bu qərarı demoqrafik vəziyyətlə izah edib. Son bir ildə rayon əhalisinin sayı 7,5 min nəfər azalıb. Dövlət Dumasının deputatı Sultan Həmzəyev belə bir məhdudiyyətin bütün ölkəyə şamil edilməsini təklif edib.