27 noyabr 2024 16:43
88

Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kosta təhvil verəcək

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) noyabrın 29-da tutduğu postu portuqaliyalı siyasətçi Antonio Kosta (Antonio Costa) təhvil verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Antonio Kosta vəzifəsinin icrasına isə rəsmi olaraq dekabrın 1-də başlayacaq.

Xatırladaq ki, belçikalı siyasətçi Şarl Mişel 2019-cu ildən Avropa Şurasının prezidenti postunu tutur.