Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “İzvestiya” nəşrinin jurnalistlərinin ABŞ hava limanında dindirilməsi media azadlığı prinsiplərinə ziddir.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o əlavə edib ki, bu, Rusiya üçün qəbuledilməzdir.
“Bütün rəsmiləşdirmələri, bütün ölkəyə giriş icazələrinin alınması üçün bütün prosedurları başa vurduqdan sonra jurnalistlərə qarşı belə münasibət media azadlığı prinsiplərinə ziddir. Və təbii ki, bu, bizim üçün qəbuledilməzdir”, - deyə, Peskov mətbuata bildirib.
Oktyabrın 29-da prezident seçkilərini işıqlandırmaq üçün ABŞ-a gedən “İzvestiya”nın çəkiliş qrupu Vaşinqton hava limanında saxlanılıb. Jurnalistlər saatlarla dindirilib. Çəkiliş qrupunun operatoru on saat sərhəddə saxlanılıb, bundan sonra o, ABŞ-a buraxılmayıb.