30 oktyabr 2024 14:22
172

Lavrov noyabrda Qazaxıstana işgüzar səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 6-7-də Qazaxıstana işgüzar səfər edəcək.

"İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"6-7 noyabrda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstana işgüzar səfər edəcək", - deyə, Zaxarova bildirib.

Lavrov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə danışıqlar aparmağı planlaşdırır.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Qazaxıstanın hələlik BRİKS-ə müraciət etməkdən çəkinmək qərarına hörmət edir.