Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin dünən, oktyabrın 29-da keçirdiyi strateji nüvə gücü çəkindiriciliyi təlimini şərh edib.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, təlimin planlaşdırıldığını və Rusiyanın bu barədə digər ölkələrə xəbərdarlıq etdiyini bildirib.
“Bu, həqiqətən də müntəzəm məşqlərdən biridir. Və təbii ki, bu cür buraxılışlar barədə müvafiq ölkələri xəbərdar etmək üçün müəyyən mexanizm var”, - deyə, Dmitri Peskov bildirib.
Xatırladaq ki, oktyabrın 29-da Rusiyada nüvə qüvvələrinə raket buraxılışının praktikası üzrə təlim keçirilib. Rusiya prezidenti Putin bildirib ki, Moskva geosiyasi gərginlik şəraitində strateji qüvvələrin daim istifadəyə hazır olması vacibdir. Daha sonra Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov və Baş Qərargah rəisi Valeri Gerasimov düşmənin nüvə zərbəsinə cavab olaraq kütləvi nüvə zərbəsinin endirilməsi üzrə təlimlərin gedişi barədə məlumat veriblər.