30 oktyabr 2024 11:59
178

Ukrayna ordusu onlara zərbə endirə bilər - Baydendən AÇIQLAMA

ABŞ prezidenti Co Bayden bildirib ki, Ukrayna Silahlı Qüvvələri Şimali Koreya qoşunları Ukrayna ərazisinə daxil olarsa, onlara zərbə endirə bilər.

“İki sahil”  RT-yə istinadla xəbər verir ki, Amerika lideri Şimali Koreya əsgərlərinin Kursk vilayətində olmasından narahatlığını bildirib.

“Əgər onlar Ukrayna ərazisinə daxil olsalar, bəli, Ukrayna Silahlı Qüvvələri cavab zərbəsi endirməlidir”- deyə o, qeyd edib.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte demişdi ki, KXDR ordusunun əsgərləri artıq Kurska yerləşdirilib.