Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vaşinqtonun başçılıq etdiyi kollektiv Qərb Rusiyanı sistemli şəkildə çəkindirmək üçün səylərini dəfələrlə artırıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə o, Xaricdə Yaşayan Həmvətənlərin VIII Ümumdünya Konqresinin açılışında müvafiq bəyanatla çıxış edib.
O, çıxışında qeyd edib ki, əvvəlki konqresdən keçən üç il ərzində beynəlxalq aləmdə vəziyyət daha da çətinləşib: “ABŞ başda olmaqla kollektiv Qərb Rusiyanı sistematik şəkildə çəkindirmək üçün səylərini sözün əsl mənasında ikiqat artırıb və necə deyərlər, strateji məğlubiyyətə uğratmaq məqsədi ilə ölkəmizə qarşı tammiqyaslı hibrid hücuma başlayıb.”