30 oktyabr 2024 11:45
167

Bu, cəfəngiyyatdır - Fitsodan AÇIQLAMA

Slovakiyanın baş naziri Robert Fitso “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində ukraynalı dalğıcların “Şimal axını”nda partlayış törətməsi versiyasını cəfəngiyyat adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

“Əlbəttə, bir az şişirdirlər, amma təsəvvür edin ki, onlar balaca qayıqla borunun olduğu yerə necə üzüblər, suya tullanıblar, bir neçə yüz metr üzərək, özləri ilə qaz və pirotexniki vasitələr götürüb partladıblar. Cəfəngiyyatdır”- deyə , Fitso bildirib.

Almaniyanın “Spiegel” nəşrinin məlumatına görə, partlayışları Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş zabiti Çervinski təşkil edib.