Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva rusiyalı jurnalistlərin Amerika hava limanında saxlanmasına cavab verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında bildirilir.
“Səfərin məqsədlərinə uyğun olaraq verilmiş icazələrin olmasına baxmayaraq, yerli hüquq-mühafizə orqanları rusiyalı jurnalistlərin bütün avadanlığını və kommunikasiyalarını müsadirə edərək, onları saatlarla dindiriblər”- deyə, o, qeyd edib.
Zaxarova qeyd edib ki, nəticədə qrupun operatoruna ölkəyə giriş qadağan edilib və onun vizası bəzi “inzibati səbəblərə görə” ləğv edilib: “Rusiyanın ABŞ-dakı səfirliyinin nümayəndələrinə Rusiya vətəndaşı ilə əlaqə saxlamağa və ona lazımi köməklik göstərməyə imkan verilməyib... Bizim tərəfimizdən lazımi reaksiya olmasa, Amerika hakimiyyətinin özbaşınalığı dayanmayacaq”.