İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə artilleriya zərbələri endirib.
“İki sahil” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd edilib ki, dağıntılar və tələfatla bağlı hələlik məlumat verilmir.
Telekanalın bildirdiyinə görə, son 24 saat ərzində anklavın şimalında yerləşən Beyt Lahiya qaçqın düşərgəsi də kütləvi hücumlara məruz qalıb və burada 25-i uşaq olmaqla 112 fələstinli İsrailin iki hücumunun qurbanı olub, daha 30-dan çox insan dağıntılar altında qalıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”