30 oktyabr 2024 09:34
169

Azərbaycan səfiri Yaponiyanın naziri ilə COP29-u müzakirə edib

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Uzaq Şərq ölkəsinin ətraf mühit naziri Keyitiro Asao ilə COP29-u müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

“Oktyabrın 29-da Azərbaycanın Yaponiyadakı səfiri Zati-aliləri Gürsel İsmayılzadə nazir Asaoya nəzakət ziyarəti edib. Onlar noyabrın 11-də keçiriləcək COP29 barədə fikir mübadiləsi aparıblar”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, iki həftə əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yaponiyaya işgüzar səfəri zamanı iki ölkə arasında qarşılıqlı münasibətlərin vəziyyəti və inkişaf perspektivləri, Bakı ilə İrəvan arasında sülh prosesi və qarşıdan gələn COP29 konfransı müzakirə edilmişdi.