2022-ci ildə ABŞ Nümayəndələr Palatasının keçmiş demokrat spikeri Nensi Pelosinin həyat yoldaşına çəkiclə hücum edən şəxs Kaliforniya məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.
“İki sahil” ANSA-ya istinadla xəbər verir ki, may ayında federal məhkəmənin çıxardığı 30 illik cəzaya əlavə edilən bu yeni cəza cinayətin baş verdiyi Qızıl Ştatdakı məhkəmə prosesini yekunlaşdırır.
Xatırladaq ki, iki il əvvəl oktyabrın 28-də kanadalı dülgər və açıq-aşkar sui-qəsd nəzəriyyəçisi David De Pape Pelosi ailəsinin San-Fransiskodakı evinə soxularaq o zaman 82 yaşı olan Paul Pelosiyə sui-qəsd edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”