29 oktyabr 2024 17:19
209

İsrailin müdafiə naziri Hizbullahın yeni liderini ölümlə hədələdi

İsrail müdafiə naziri Yoav Qallant Hizbullahın yeni Baş katibi Naim Qasımı ölümlə hədələyib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail müdafiə naziri “X” platformasında paylaşım edib.

“Təyinat müvəqqətidir və uzun müddət çəkməyəcək”, - Qallant bildirib.

Qeyd edək ki, Hizbullahın keçmiş lideri Həsən Nəsrullahın müavini Naim Qasım bu gün təşkilatın yeni Baş katibi seçilib.