Rusiya Prezidenti Vladimir Putin strateji nüvə qüvvələrinin məşqini keçirib.
“İki sahil” xəbər verir ki, Putin, Kremldən Hava Kosmik Qüvvələri vasitəsilə strateji nüvə qüvvələrinin təlimində iştirak edib.
O qeyd edib ki, Rusiya Federasiyası üçün daim istifadəyə hazır olan müasir strateji qüvvələrin olması vacibdir.
"Rusiya öz nüvə çəkindirici qüvvələrinin bütün komponentlərini təkmilləşdirəcək, bunun üçün kifayət qədər resurslar var", - deyə Rusiya lideri vurğulayıb.