29 oktyabr 2024 16:06
200

Volkswagen, BMW, Audi...

Almaniyada Volkswagen və BMW avtomobil istehsalçılarının işçiləri xəbərdarlıq tətillərinə başlayıblar.

“İki sahil” bu barədə “Bild” nəşrinə istinadla xəbər verir.

Qeyd olunur ki, tətillər Almaniyanın metallurgiya və elektrik sənayesində ilk etiraz dalğasına başlayan “IG Metall” həmkarlar ittifaqı tərəfindən çağırılıb.

Tətillərdə Volkswagen və BMW avtomobil istehsalçılarının əməkdaşları da iştirak edirlər.

Osnabrückdə Volkswagen zavodunun 250 işçisi etiraz edir. BMW-nin digər zavodlarında etiraz aksiyası keçirilir. İnqolştadtdakı Audi zavodunda tətil gözlənilir.