Çin lideri Si Çinpin, ABŞ prezidenti Co Bayden ilə şəxsi görüşündə Tayvanın müstəqilliyi ilə bağlı yanaşmanın dəyişdirilməsini istəyib. İndi ABŞ bunu “dəstəkləmir” və Çin isə Vaşinqtondan “müstəqilliyə qarşı” hərəkət etməsini istəyir”.
“İki sahil” xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.
ABŞ prezidenti ilə Çin Xalq Respublikasının sədri arasında görüş ötən ilin noyabrında baş tutub. Pekin Vaşinqtondan rəsmi bəyanatlarda istifadə etdiyi yanaşmanı dəyişməsini istəyir. Həmin görüşdən sonra Çin liderinin köməkçilərinin ABŞ-a dəfələrlə oxşar tələblər irəli sürdüyü iddia edilir. Vaşinqton isə bi tələblərdən imtina edib.
Ağ Ev, məlumatı şərh edərkən bir daha bəyan edib ki, "Tayvanın müstəqilliyini dəstəkləmir". Bəyanatda Co Bayden və Kamala Harris administrasiyasının ardıcıl olaraq “vahid Çin” siyasətinə sadiq qaldığı qeyd edilib.