Polşa Prezidenti Anjey Duda bir gün əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili ilə telefon danışığından danışıb.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, onlar Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini müzakirə ediblər. Onun sözlərinə görə, xanım Zurabişvilinin Rusiyanın səsverməyə müdaxiləsi ilə bağlı heç bir sübutu yoxdur.
“Heç bir aydın sübut yoxdur, amma deyək ki, müəyyən mənada rusiyayönlü qüvvələr iştirak edirdilər. Özünü aldatmağın mənası yoxdur”, - deyə Duda “Radio Zet”ə bildirib.
O, əmindir ki, “Rusiya Gürcüstanı ələ keçirmək istəyir”.