Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyada Rusiya əmlakının ələ keçirilməsindən xəbərsiz olduğunu bildirib.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki bununla belə, o, Rusiyanın bu qərara etiraz edəcəyinə və öz maraqlarını müdafiə edəcəyini bildirib.
“Təəssüf ki, bu barədə eşitməmişəm. Bu haqda məlumatım yoxdur. Amma təbii ki, biz buna məhkəmədə etiraz edəcəyik. Rusiya Federasiyası öz maraqlarını, mülkiyyət maraqlarını qoruyacaq, ona görə də biz öz maraqlarımızı qorumaq üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, Finlandiya mediası bu ölkədə olan ən azı 6 rus daşınmaz əmlakının həbs edildiyini xəbər verib. “Helsingin Sanomat”a görə, onların arasında Helsinkidəki Rusiya Elm və Mədəniyyət Mərkəzinin torpaq sahəsi də var. Qəzetin yazdığı kimi, 6 obyektin hamısı Ukraynanın “Naftoqaz” şirkətinin tələbi ilə həbs edilib.