29 oktyabr 2024 14:25
180

Peskov Kurskda KXDR hərbçilərinin olması ilə bağlı məlumatı şərh etməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KXDR-dən olan hərbçilərin Rusiya ərazisində olması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, NATO bir gün əvvəl, oktyabrın 28-də Şimali Koreyanın Kursk bölgəsində döyüşmək üçün əsgər göndərdiyini açıqlamışdı.

“Prezident Putinin Kazanda keçirilən BRİKS sammitindən sonra yekun mətbuat konfransında bu mövzuda söylədiklərinə əlavə ediləcək heç nə yoxdur”, - deyə, Kremlin sözçüsü bildirib.

Xatırladaq ki, oktyabrın 30-da Şimali Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Çoi Sonq-xi Moskvaya səfər edəcək.