Rusiya Dövlət Dumasının deputatları ikinci və üçüncü, yekun oxunuşlarda mütəşəkkil dəstə tərəfindən qeyri-qanuni miqrasiyanın təşkilini xüsusilə ağır cinayət kimi təsnif edən qanun layihəsini qəbul ediblər.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, təşəbbüs 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və 3 milyondan 5 milyon rubla qədər cəriməni nəzərdə tutur.