29 oktyabr 2024 13:49
156

Qərb Gürcüstana ünvanlanan ultimatumları dayandırmalıdır - PESKOVDAN AÇIQLAMA

Qərb Gürcüstan ultimatumlarını dayandırmalıdır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

“Biz həm Amerika Birləşmiş Ştatlarından, həm də Gürcüstan rəhbərliyinə sözün əsl mənasında ultimatumların irəli sürüldüyü Avropa İttifaqından səslənən bəyanatları görürük”, - deyə, o bildirib.

Peskov onları “dövlətlərarası münasibətlərin normalarına zidd olan iyrənc təzahürlər” adlandırıb və həmçinin onları dayandırmağa çağırıb.

Bundan əlavə, o bəyan edib ki, Rusiya Qərbin Gürcüstan rəhbərliyinə ultimatum verməsindən narahatdır.