29 oktyabr 2024 13:23
159

Tayvan ABŞ-dan min hücum dronları almaq istəyir - "Bloomberg"

Tayvan administrasiyası ABŞ-dan “AeroVironment” və “Anduril Industries” şirkətləri tərəfindən istehsal olunan hücum pilotsuz təyyarələri almaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu haqda “Bloomberg” öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, Tayvan hakimiyyəti bu PUA-lardan min ədəd almaq üçün artıq rəsmi müqavilələr imzalayıb. Agentlik yazır ki, dronların satın alınması Tayvana "potensial Çin hücumunun qarşısını almağa" kömək etməlidir.

İddia olunur ki, sentyabrın sonunda Tayvan Müdafiə Nazirliyi müvafiq məktubu imzalayıb. Bu, miqdar, dollar dəyəri və çatdırılma tarixlərini bildirən, müqavilə bağlanmazdan əvvəl imzalanan bir sənəddir. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, rəsmi olaraq müqavilələr yaxın gələcəkdə imzalana bilər. Dövlət Departamenti bu məlumatı şərh etməkdən imtina edib.