29 oktyabr 2024 13:19
161

Səudiyyə Ərəbistanı Moskva və Kiyev arasında vasitəçi olmağa hazırdır

Səudiyyə Ərəbistanı Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmağa hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, Səudiyyə Ərəbistanının Moskvadakı səfiri Əbdül Rəhman bin Süleyman əl-Əhməd bu haqda TASS-a bildirib.

“Krallıq... bütün tərəflər arasında əlaqə yaratmaq üçün vasitəçilik səylərini həyata keçirməyə hazırdır”- deyə səfir bildirib.

Daha əvvəl Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak bildirib ki, danışıqlar üçün 2022-ci ilin ərazi sərhədlərinə qayıtmaq lazımdır.