28 noyabr 2024 00:03
75

Tramp onu Ukraynada xüsusi elçi təyin etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, keçmiş vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri, general-leytenant Keyt Kelloq onun administrasiyasında Ukrayna üzrə xüsusi elçi olacaq.

“İki sahil” xəbər verir ki, Tramp bu barədə “Truth” hesabında yazıb.

“Biz birlikdə güc vasitəsilə sülhü təmin edəcəyik, Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik!”, - Tramp qeyd edib.