29 oktyabr 2024 12:57
149

Trampın “kiçik sirri” demokratlar arasında ÇAXNAŞMA YARATDI

ABŞ prezidentliyinə namizəd Donald Tramp respublikaçıların “kiçik sirri” haqqında danışaraq demokratlar arasında panikaya səbəb olub.

“İki sahil” xəbər verir ki,  bu barədə “The New York Times” yazır.

“Düşünürəm ki, kiçik sirrimizə görə biz Nümayəndələr Palatasında yaxşı iş görəcəyik, elə deyilmi? Bizim kiçik sirrimizin böyük təsiri var”, - deyə, Tramp Nyu-Yorkda keçirilən mitinqdə deyib.

O, bu sirri də prezident seçkilərindən sonra açacağına söz verib. Nəşr yazır ki, Trampın sözləri çaxnaşma içində olan demokratları hiddətləndirib.