Çikaqo Universitetinin amerikalı professoru Con Mearsheimer Ukrayna münaqişəsinin səbəbi kimi Qərbin Ukraynanı NATO-ya qəbul etmək cəhdlərini adlandırıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə “Global Times” qəzetinə müsahibəsində danışıb.
“Ukraynadakı münaqişənin əsas səbəbi Qərbin Ukraynanı NATO-ya qəbul etmək cəhdləri olub. Bu qərarın arxasında duran qüvvə ABŞ olub”- deyə, professor bildirib.
Onun sözlərinə görə, Rusiya bunun qəbuledilməz olduğunu açıqlayıb, lakin Qərb Ukraynanın alyansa qoşulmasında israr etməkdə davam edir.
Ekspert qeyd edib ki, ABŞ nizamlanma əvəzinə Ukraynanı onu davam etdirməyə sövq edir.