Moskva Şəhər Məhkəməsi Rusiya və Amerika vətəndaşlığına malik informasiya texnologiyaları üzrə mütəxəssis Firuz Dadoboyevi 13 il 6 ay müddətinə həbs edib.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, dövlətə xəyanətdə təqsirli bilinir.
FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən təqsirləndirilən şəxsin 1977-ci il təvəllüdlü olduğunu bildiriblər. O, paytaxtın kommersiya firmalarından birində işləyir. Müstəntiqlərin fikrincə, Dadoboev dövlət sirri təşkil edən məlumatları qanunsuz əldə edib və onları Amerika kəşfiyyatının nümayəndəsinə təhvil verməyi planlaşdırıb və bu məqsədlə MKİ ilə əlaqə qurub.