Argentina Mərkəzi Bankı yüksək qiymətə görə 1000 (0,98 ABŞ dolları) və 2000 (1,9 dollar) peso nominalında əskinasların çapından imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə Argentinanın “Nacion” nəşri məlumat yayıb.
Mərkəzi Bank milli zərbxana ilə əskinasların buraxılmasına dair mövcud müqaviləyə xitam verib. Onun işçiləri məcburi məzuniyyətə göndərilib.
Qəzetin mənbəsi bu qərarın ölkədə 1000 və 2000 peso əskinaslarının çapına çəkilən xərclərin yüksək olması ilə izah edib. Argentina daha böyük əskinaslara olan ehtiyacını Çindən tədarükü hesabına ödəyəcək.
Belə ki, ilin sonunadək Çində çap olunmuş nominal dəyəri 20 min peso (19,6 dollar) olan əskinaslar ölkəyə gələcək. Onların istehsalı Argentinaya daha ucuz baha başa gələcək.